Nəzərov Nicat lldırım oğlu
1982-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində doğulub. Ə.Bağırov adına Həsənəküçə tam orta məktəbi bitirdikdən sonra 2000-2002-ci illərdə Hərbi xidmət olub. 2004-cu ildə Xəzər Universitetinin Jurnalistika Fakültəsinə daxil olub.
Təhsil aldığı 2004-2007-ci illərdə İlk dəfə Tələbə televiziyasının yaradıcısı olub. Eyni zamanda həmin illərdə Cənub xəbərləri qəzetinin təqdimatı ilə Beynəlxalq Media İnstitutunun Bakıda keçirilən “Ekstrimal jurnalistika” kursunu bitirib. Mütəlif vaxtlarda Müsavat, Gündəm Xəbər, Cümhuriyyət qəzeti və onun əlavələrində yazıları dərc edilib.
2007-2009-ci ildə Vergilər Nazirliyində əmək fəaliyyətinə başlayıb. İnformasiya Texnologiyalarının tətbiqi ilə bağlı Xaricdə və Azərbaycanda ixtisasartırma kurslarını bitirmişdir. 2009-cu ildən VSSGROUP MMC-nin direktoru vəzifəsində çalışır. İnformasiya Texnologiyaların infrastruktur layihələndirilməsi üzrə mütəxəssisdir. Ailəlidir. 3 övladı var.
Copyright 2022 - Nazaroff.az